Norveç İsrailə investisiya qoymağı dayandıracaqmı?

Norveç İsrailə investisiya qoymağı dayandıracaqmı?
Crossmedia.az xəbər verir ki, Norveç hökuməti İordan çayının qərb sahilinin işğalına və ya Qəzza zolağında soyqırıma töhfə verən İsrail şirkətlərini investisiyalardan kənarlaşdırmaq üçün suveren fondun portfelinə yenidən baxılmasını əmr edib.
Daha əvvəl Norveçin “Aftenposten” qəzeti yazıb ki, fond son iki ildə soyqırım törədən İsrail Hərbi Hava Qüvvələri üçün döyüş təyyarələrinə xidmət göstərən “Bet Shemesh Engines” şirkətinə investisiyalarını artırıb.
Qeyd edək ki fond 2024-cü ilin sonuna 1,95 milyard dollar dəyərində 65 İsrail şirkətində səhmlərə sahib idi.
20:00 08.08.2025
Oxunuş sayı: 609