Konfrans Liqası: "Araz-Naxçıvan" ilk oyunda dörd cavabsız qolla məğlub olub - YENİLƏNİB

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda məğlub olub.
Crossmedia.az-ın məlumatına görə, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakıda Kiprin "Omoniya" kollektivini qəbul edib.
"Dalğa Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.
Qonaqların heyətində Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqlənib. 55-ci dəqiqədə Evandro, 58-ci dəqiqədə 58-ci dəqiqədə Stefan Yovetiç adını tabloya yazdırıb.
Cavab görüşü avqustun 14-də Nikosiyada keçiriləcək.
Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.
22:13
Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, qonaqlar fərqi daha da artırıblar - 2:0.
Loizos Loizu 22-ci dəqiqədə dubl edib.
22:15 07.08.2025
Oxunuş sayı: 862