Kamboca Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

Kamboca Baş naziri Hun Manet Norveç Nobel Komitəsinə rəsmi məktub ünvanlayaraq ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu qərarın həm ölkə daxilində, həm də xaricdə yaşayan Kamboca xalqının iradəsini əks etdirdiyini vurğulayıb. H.Manet bunu Trampın kambocalı və taylandlı qüvvələr arasında atəşkəsin əldə olunmasındakı xidmətlərinə verilən dəyər kimi qiymətləndirildiyini bildirib.
Pərvin Hacıyeva
20:04 07.08.2025
Oxunuş sayı: 837