BP-nin Azərbaycandakı yerli işçi sayı artıb

Bu ilin iyun ayının sonuna “BP-Azerbaijan” şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 2 395 nəfərə çatıb və bu rəqəmə müddətli müqavilə əsasında çalışan işçilər də daxildir.
Bu barədə Crossmedia.az “BP-Azerbaijan” şirkətinin bu ilin ilk yarımili üzrə biznesə dair yaydığı məlumata istinadən xəbər verir.
Yerli işçilərin sayı 2024-cü ilin birinci yarısı ilə müqayisədə 9 nəfər və ya 0,4 % artıb. Həmin dövrdə bu göstərici 2 386 nəfər təşkil edirdi.
Şirkət bildirir ki, 2018-ci ilin ortalarından etibarən BP-nin ixtisaslı işçi heyətinin 90 %-i, ixtisassız heyətin isə 100 %-i yerli kadrlardan ibarətdir.
BP gələcəkdə də təlim və inkişaf proqramlarını optimallaşdıraraq, yüksək ixtisaslı yerli kadrların hazırlanmasına töhfə vermək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində fəal iştirakını davam etdirəcək.
17:43 07.08.2025
Oxunuş sayı: 741