Rüfət Quliyev: "Azərbaycan yaxın gələcəkdə dünyada nəqliyyat qovşağı kimi tanınacaq"

"Dünya iqtisadiyyatı və Azərbaycan"( Layihənin müəllifi Rüfət Quliyevdir)
Azərbaycan ilə ABŞ arasında nəqliyyat sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhlizin inkişafı və bu marşrut üzrə daşımaların perspektivləri müzakirə olunub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ilə keçirilən görüşdə telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt və ABŞ şirkətləri ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin 4-cü çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlamasında Orta Dəhlizi Azərbaycanın ən uğurlu nəqliyyat layihələrindən biri kimi dəyərləndirib:
“Orta Dəhliz son beş ildə Azərbaycanın ən uğurlu nəqliyyat layihələrindən biridir. Təkcə Azərbaycan üçün deyil, həm Avropa, həm də Asiya, o cümlədən digər ölkələr üçün müsbət haldır. Nəqliyyat marşrutunun qısa olması daşıma xərclərinin uzuc, proseslərin rahat olmasına şərait yaradır".
Professorun sözlərinə görə, Azərbaycanın qeyri-neft sektor gəlirləri kontekstində nəqliyyat sektoru xüsusi rol oynayır: "Bu sahədə əldə olunan gəlirlər, o cümlədən dəmir yolları, avtomobil yolları, həmçinin dənizdə yerləşən iki böyük liman — hamısı müsbət tendensiyanı göstərir. Gəlirlərimiz artır. Gələcəkdə də artacağına dair ciddi potensial var. Təbii ki, Azərbaycanla ABŞ arasında Orta Dəhliz və rəqəmsal sahələrdə əməkdaşlıq buna əlavə təkan verəcək. İnanıram ki, Azərbaycan yaxın gələcəkdə dünyada nəqliyyat qovşağı kimi tanınacaq. Bunun üçün Azərbaycan dövləti ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətləri inkişaf etdirir, strateji investisiyalar yatırır.
Mehriban Yariyeva
14:20 01.08.2025
Oxunuş sayı: 1676
