Bürünc medal: Atıcılarımız Avropa Çempionatında tarixi uğura imza atdı!

Fransanın Şatoru şəhərində keçirilən Avropa Atıcılıq Çempionatında Azərbaycan atıcıları möhtəşəm nəticə əldə ediblər. Dairəvi (skeet) stend qarışıq duet komandası kateqoriyasında mübarizə aparan Niyaz Ağazadə və Riqina Meftaxetdinova cütlüyü bürünc medal qazanaraq yarışları fəxri kürsüdə tamamlayıb.
Crossmedia.az xəbər verir ki, medal qarşılaşmasında təmsilçilərimiz İsveç duetinə — Stefan Nilsson Schoen və Victoria Larsson cütlüyünə qarşı üstün oyun nümayiş etdirərək inamlı qələbə ilə 3-cü yeri təmin ediblər.
09:08 29.07.2025
Oxunuş sayı: 1815