“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı açıqlanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin
"Sabah" - “Petrokub” (Moldova) oyununa 3000 bilet satılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat
xidməti məlumat yayıb.
Qeyd edək ki, "Sabah" - "Petrokub"
görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı "Bank Respublika
Arena"da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu
qələbə qazanıb - 2:0.
16:09 28.07.2025
Oxunuş sayı: 1023