Rusiyada daha bir azərbaycanlı biznesmenin ofisində axtarış aparılır


Rusiya
hüquq-mühafizə orqanlarının nümayəndələri cümə günü Moskvada azərbaycanlı
biznesmen Rəhman Xəlilova məxsus neft məhsullarının daşınması ilə məşğul olan
Railgo şirkətinin ofisinə axtarışa başlayıblar.
Crossmedia-az
xəbər verir ki, sosial şəbəkələrdə yayılan şəkillər əsasında, ərazidə xüsusi təyinatlılar
və müstəntiqlər işləyirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sənədləri müsadirə edir və işçiləri binadan çıxmağa qoymurlar.
17:43 25.07.2025
Oxunuş sayı: 885