Ermənistan Zəngəzurla bağlı ABŞ-la razılaşma iddialarını təkzib etdi

Ermənistan hökuməti Zəngəzurla bağlı ABŞ-la guya memorandum imzalanması barədə yayılan məlumatları təkzib edib. Yerevandan verilən açıqlamada bu iddialar “manipulyativ təbliğatın təzahürü” kimi qiymətləndirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
sözügedən məlumat şübhəli mənbəyə malik olan və dəfələrlə saxta şəxslərdən istifadə, eləcə də manipulyativ və əsassız xəbərlər yaydığına görə tənqid olunan Periodista Digital saytında dərc olunub.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Ermənistanla ABŞ arasında Zəngəzurla bağlı əməkdaşlıq memorandumu imzalanması ilə bağlı iddialar yayılmışdı.
Nigar Rəhimova
21:05 23.07.2025
Oxunuş sayı: 1052