Hizbullah silahlarını təhvil verməkdən imtina edir

Hizbullah təşkilatı Livan parlamentinin sədri Nəbih Berriyə açıq şəkildə bildirib ki, İsrail Livanın cənubundan geri çəkilsə belə, təşkilat silahlarını təhvil verməyəcək.
Bununla bağlı Crossmedia.az “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, Hizbullah Livan dövləti ilə qarşıdurma ehtimalına da hazır olduğunu vurğulayıb.
Hizbullahın bu mövqeyi ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak ilə görüşdə də müzakirə edilib. Nəbih Berri ABŞ rəsmisinə bildirib ki, Litani çayının şimalında Hizbullahın tərksilah ediləcəyinə dair heç bir öhdəlik götürə bilməz.
19:12 23.07.2025
Oxunuş sayı: 813