Ceyhun Bayramov Gürcüstanın spikeri ilə strateji tərəfdaşlığı müzakirə edib



Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin gücləndirilməsi, regional sülh və təhlükəsizlikdə parlament diplomatiyasının əhəmiyyəti, qanunvericilik sahəsində əməkdaşlıq vasitəsilə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının dərinləşdirilməsi müzakirə olunub.
17:40 22.07.2025
Oxunuş sayı: 631