Ankaranı sel apardı - FƏLAKƏT

Türkiyənin paytaxtı Ankarada güclü leysan yağışları ciddi fəsadlar yaradıb.
Crossmedia.az-ın məlumatına görə, bir çox ev və iş yerləri su altında qalıb, sel suları avtomobilləri aparıb. Ağaclar aşıb, bəzi tikililər isə dağılıb.
Rəsmi fövqəladə vəziyyət elan olunmasa da, şəhərdə ciddi dağıntılar və xəsarətlər qeydə alınıb. Yağışların davam etməsi təhlükəni daha da artırır.
23:29 18.07.2025
Oxunuş sayı: 956