"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
"Gəncə" basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirəcək.
Crossmedia.az-ın məlumatına görə, Martin Knejeviçin baş məşqçisi olduğu komanda Yunanıstan təmsilçisi "Kolossos"u qəbul edəcək.
Qarşılaşma saat 19:00-da Gəncə İdman Sarayında baş tutacaq.
Xatırladaq ki, "Gəncə" ilk oyunda səfərdə Türkiyə təmsilçisi "Esenler Erokspor"a uduzub - 63:92.
09:24 13.10.2026
Oxunuş sayı: 47