"İranla İsrail eyni maraqları bölüşür"- Dünyanı aldadıblar?

"Times of İsrail" nəşrinin yazdığına görə İsrail Suriyanın cənubunda iğtişaşların davam etməsinə istinad edərək ölkənin daxili təhlükəsizlik qüvvələrinə Əs-Suveydada əməliyyatlar keçirmək üçün 48 saat vaxt verəcək.
"Suriyanın cənub-qərbində davam edən qeyri-sabitlik fonunda İsrail Suriyanın daxili təhlükəsizlik qüvvələrinin növbəti 48 saat ərzində Əs-Süveyda bölgəsinə məhdud girişinə razılıq verib", - İsrail rəsmisi bildirib
Suriyadakı daxili proseslər barədə Crossmedia.az-a danışan hərbi- siyasi ekspert Həşim Səhrablı deyib ki, İsrailin bütün Yaxın Şərqə hakimlik arzusu həm bölgəni xaosa sürükləyir, həm də özünün milli varlığı üçün ciddi problemə çevrilə bilər: "Hazırda ərəb tayfaları ilə druzlar arasında toqquşmalar baş verir. Bəlli məsələdir ki, druzları İsrail, ərəbləri də Suriyanın yrni hakimiyyəti dəstəkləyir. Hər halda, Suriyada mərkəzi hakimiyyəti tam formalaşdırmaq istəyən Əl Şaraa da bacardığı qədər druzları məğlub etmək üçün əlindən gələni edəcək. Ərəblərin kütləvi qırğını artarsa, o halda 1,5–2 əsrfən sonra ərəb dövlətləri yenidən Türkiyə ilə koordinasiya şəklində hərəkət edə bilərlər.
Bəs İran? Qəribə təsadüf kimi görünsə də, Suriyaya qarşı druz hərəkatında İranla Təl-Əviv eyni maraqları bölüşür"
Kənan Novruzov
21:02 18.07.2025
Oxunuş sayı: 3300