Belçika parlamenti SEPAH-ı terror təşkilatı kimi tanıyıb

Bu gün səhər Belçika parlamenti SEPAH-ı rəsmi olaraq terror təşkilatı kimi tanıyan qətnaməyə səs verib.
Crossmedia.az-ın məlumatına görə, parlamentin İran əsilli millət vəkili Dərya Səfai bununla bağlı, “X” platformasında paylaşım edərək bildirib ki, qəbul olunan sənəd Avropa İttifaqını da SEPAH-a qarşı eyni mövqe tutmağa çağırır.
Qətnamə İran hakimiyyətinin həm ölkə daxilində, həm də bölgədə artan müdaxilə cəhdlərinə qarşı beynəlxalq narahatlıqlar fonunda qəbul edilib. Bu qərar SEPAH və İran hakimiyyətinə qarşı Avropada təzyiqlərin artması ilə nəticələnə bilər.
17:58 18.07.2025
Oxunuş sayı: 756