İsrailə müharibə lazımdır: "Netanyahu hakimiyyətdən gedə və həbs oluna bilər"

İsrailin daxili işlər naziri Moşe Arbel, sosial işlər naziri Yaakov Margi və dini işləri üzrə naziri Mixael Malkieli Baş nazir Binyamin Netanyahuya istefa ərizələrini təqdim ediblər.
Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, "Şas" partiyasını təmsil edən bu nazirliklərin rəhbərləri partiyanın hökumətdən çıxmaq istəyi ilə əlaqədar istefa ərizəsi verirlər.
Bu istefalar barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə söyləyib ki, Netanyahunun hökumətində istefalar onun növbəti mərhələdə hakimiyyətdən getməsi ilə nəticələnə və həbs oluna bilər: "Ona görə də Netanyahuya müharibə lazımdır. Suriyanın paytaxtına hücum bu planın tərkib hissəsidir. ABŞ prezidenti Donaıd Tramp Suriyaya sanksiyaları aradan qaldırıb. Suriyanın cənubunda Druzlardan istifadə edərək, bu ölkənin sabitliyində maraqlı deyil. İsrail hökuməti hərbi təzyiqlərlə Qolan təpələri və digər yaşayış məskənlərini Suriya tərəfindən tanınmasını istəyir. İsrail və Suriya arasında danışıqlar müsbət nəticənlənməyib. Hazırkı mərhələdə müharibənin başlanmasına ehtiyac yox idi. Sadəcə Netanyahuya müharibə lazımdır. O, hakimiyyətdə qaldıqca Suriyada siyasi sabitlik əldə edilməyəcək. İsrailin bu hücumu Türkiyəyə qarşı yönəlib. Türkiyə proseslərə müdaxilə etməyincə, Suriyada sabitlik mümkün görünmür. Türkiyə İsrailə yerin göstərməsə, İsrail Suriyada hakim mövqedə olacaq".
Ekspertin fikrincə, İsrail Qəzzada qalib gələ bilmir: "İranda qalıb gələ bilməyərək, hərbi əməliyyatlarla hakimiyyət və xalq birliyinin formalaşmasına səbəb oldu. Suriyada həyata keçirdiyi hərbi əməliyyatlarda öz hərbi və siyasi hədəflərinə çata bilməyəcək. Region xalqlarının və dövlətlərinin İsrail xalqına və dövlətinə qarşı məhv etmə ideologiyasını formalaşdırır".
Kənan Novruzov
21:21 17.07.2025
Oxunuş sayı: 1137