Gürcüstanda soydaşlarımıza təmənnasız hüquqi yardımlar davam edir

Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “QANUN” Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov öncədən qeydiyyatdan keçmiş, hüquqi problemi olan Marneuli sakinlərini "Azərbaycan Evi"ndə qəbul edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Crossmedia.az-a verilən məlumata görə qəbulun 4-cü günündə Gürcüstan vətəndaşı olan 6 nəfər soydaşımızın problemləri dinlənilib.
Onların problemlərinin (vətəndaşlıq, müvəqqəti yaşama qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və s.) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyəti dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.
Qəbul günləri davam edir və soydaşlarımız bu xidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilər
18:30 11.07.2025
Oxunuş sayı: 789