COP29 Sədrliyi UNIDO və OPEC tədbirlərinə qatılmaq üçün Vyanaya səfərə gedib

COP29 Sədrliyi BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) qlobal yaşıl sənayeləşmə dialoqu və OPEC-in beynəlxalq seminarına qatılmaq üçün Vyanaya səfərə gedib.
Crossmedia.az xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, bu tədbirlər COP29 zamanı verilmiş öhdəliklərin ədalətli, tənzimlənmiş və bərabər enerji keçidini necə təmin edə biləcəyini müzakirə etmək üçün önəmli platforma olacaq.
14:44 08.07.2025
Oxunuş sayı: 704