Putin Andrey Nikitini yeni nəqliyyat naziri təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Andrey Nikitini ölkənin yeni nəqliyyat naziri vəzifəsinə müvəqqəti olaraq təyin edib. O, bu gün səhər vəzifədən azad edilən Roman Starovoytu əvəzləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edək ki, Andrey Nikitin 2024-cü ilin fevralından etibarən nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl isə 2017-ci ildən Novqorod vilayətinin qubernatoru olub.
Qanunvericiliyə əsasən, nazirin vəzifəyə təyin olunması üçün Dövlət Dumasının razılığı tələb olunur. Bu səbəbdən baş nazir Nikitinin namizədliyini parlamentə təqdim etməlidir.
Fatimə Məmmədova
13:14 07.07.2025
Oxunuş sayı: 760