Azərbaycanda neft emalı və neft-kimya infrastrukturu modernləşdiriləcək
Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı, o cümlədən neft emalı və neft-kimya infrastrukturunun modernləşdirilməsi və gələcək inkişaf perspektivləri İqtisadi Şuranın iclasında müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
İclasda gündəlikdəki məsələlərlə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlər ətrafında İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunan şəxslər çıxış edərək təkliflərini bildiriblər.
Daha sonra cari məsələlərlə bağlı Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev çıxış edib.
İclasın yekununda müvafiq qərarlar qəbul olunub, Azərbaycan İnvestisiya Holdinqinə, SOCAR-a və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
18:34 13.10.2026
Oxunuş sayı: 57