İranın “Majid” HHM sistemi effektivliyini sübut etdi

“358” ailəsinə məxsus sistemlərin uğurlu fəaliyyətindən əlavə, daha bir İran hava hücumundan müdafiə sistemi “Majid”( ex.n AD-08)-də gözləntilərə uyğun şəkildə kifayət qədər effektiv olduğunu göstərdi.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, əslində, hava hədəfinin yerdən izlənilərək vurulmasını əks etdirən bir çox videolar məhz AD-08 sisteminin fəaliyyətinə aiddir.
Bu ZRK əsas üstünlüklərindən biri köhnə, 20-50 il əvvəl dizayn edilmiş sistemlərə əsaslanmamasıdır. O, ilk mərhələdən etibarən radarla işləməyən, yəni radiosiqnal yaymayan, tamamilə passiv izləmə texnologiyası ilə işləyən sistem kimi hazırlanıb. Bu səbəbdən də düşmən tərəfindən radar siqnalı vasitəsilə aşkarlanması mümkün deyil.
Başqa bir üstünlüyü kompakt ölçüləridir. Bu, sistemin marş halında daha asan gizlədilməsinə və maskalanmasına imkan verir.
12:23 07.07.2025
Oxunuş sayı: 657