Qəzzada son sutkada 82 fələstinli həlak olub

İsrailin Qəzza zolağına son sutka ərzində həyata keçirdiyi hava zərbələri nəticəsində 82 fələstinli həyatını itirib.
Crossmedia.az Əl-Cəzirə istinadən məlumat verib.
Ən ağır hücum Qəzza şəhərinin Şeyx Rədvan məhəlləsinə endirilib və burada 39 nəfərin öldüyü bildirilir.
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, 7 oktyabr 2023-cü ildən bəri bölgədə ümumi ölənlərin sayı 57,418 nəfərə, yaralananların sayı isə 136,260 nəfərə çatıb.
Nigar Rəhimova
12:10 07.07.2025
Oxunuş sayı: 722