İran XİN ABŞ və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı Rio-de-Janeyroda keçirilən BRİKS sammitində çıxışı zamanı deyib ki, İranın nüvə obyektlərinə edilən hücumlar “Nüvə Silahlarının Yayılmaması” Müqaviləsi və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Bizim nüvə proqramımız hər zaman “dinc xarakter” daşıyıb və AEBA-nın ciddi nəzarəti altında olub”, - deyə, nazir vurğulayıb və BRİKS ölkələrinə dəstəyə görə təşəkkür edib.
Əraqçı “təqsirkarların (ABŞ və İsrail) məsuliyyətə cəlb edilməsi üçün bütün pozuntuları sənədləşdirməyə söz verib və qeyd edib ki, bu cür addımların nəticələri bütün beynəlxalq hüquq sistemini sarsıdır”.
10:47 07.07.2025
Oxunuş sayı: 765