Sergey Məlikov: “Azərbaycanlılar Dağıstanda yerli, köklü xalqdır”

Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə yaranmış gərginliyə dair açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Onun sözlərinə görə, bu cür mürəkkəb dövrlərdə bəzi qüvvələr vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışır.
“Respublikamızda çox sayda azərbaycanlı sakinlər yaşayır və onlar Dağıstanı öz doğma yurdu sayırlar. Vurğulamaq istəyirəm ki, azərbaycanlılar Dağıstanda yerli, köklü xalqdır”, – deyə Məlikov bildirib.
O, bəzi dairələrin insanları təhrik edərək münaqişəyə sürükləməyə və sonradan peşmanlıq doğuracaq addımlar atmağa məcbur etməyə çalışdığını qeyd edib: “Mən həm dağıstanlılara, həm də azərbaycanlı qardaşlarımıza müraciət edirəm: aramıza nifaq salmağa imkan verməyin, emosiyalara uymayın, təxribatlara aldanmayın”.
Məlikov əlavə edib ki, çətinliklər müvəqqətidir, lakin qardaşlıq və ləyaqət daim qorunmalıdır: “Biz çox çətinliklərdən birgə çıxmışıq, bu sınaqdan da keçəcəyik”.
20:40 06.07.2025
Oxunuş sayı: 807