Lavrov: “Putin nəzakətli insandır”

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Prezident Vladimir Putin Fransa lideri Emmanuel Makronun zənginə cavab verib, çünki o, heç vaxt dialoqun tərəfdarı olmaqdan vaz keçmir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Prezident — əslində nəzakətli insandır, uzaqgörən siyasətçidir və heç vaxt hansısa situativ ideoloji instinktlərə uyaraq dialoqdan imtina etmir”, — deyə Lavrov jurnalist Pavel Zarubinə verdiyi açıqlamada qeyd edib.
Xumar Emilqızı
16:13 06.07.2025
Oxunuş sayı: 888