“CBC Azerbaijan” Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı film çəkir

“Crossmedia.az” xarici mediaya istinadən bildirir ki, “CBC Azerbaijan” telekanalının çəkiliş qrupu Aktauda Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzası ilə bağlı filmin çəkilişlərinə başlayıb.
Qazaxıstan mediasının məlumatına görə, filmin müəllifləri bildiriblər ki, qəzanın səbəbləri ilə bağlı araşdırma hələ də davam edir və yekun nəticələr rəsmi olaraq açıqlanmayıb. Bununla belə, yaradıcı heyət filmdə Aktaunun yerli sakinlərinə – hadisə zamanı zərərçəkənlərə göstərdikləri yardım və dəstəyə görə – xüsusi təşəkkürün yer alacağını vurğulayıb.
Xatırladaq ki, hadisə Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə nəticələnmişdi. Hadisə ilə bağlı həm Azərbaycan, həm də Qazaxıstan tərəfi araşdırmalar aparır.
Fatimə Nəbiyeva
09:28 06.07.2025
Oxunuş sayı: 839