Reza Kahulidən Pezeşkianı tənqid edənlərə cavab

İranlı araşdırmaçı jurnalist Reza Kahuli, Prezident Məsud Pezeşkiyanın Xankəndiyə səfəri səbəbilə sosial şəbəkələrdə onu sərt şəkildə tənqid edən həmvətənlərinə etiraz edib.
Crossmedia.az xəbər verir ki, Kahuli açıqlamasında bildirib:
“İllərdir yanlış siyasətiniz nəticəsində İsrail gəlib Araza qədər dirənib. İndi bu vəziyyəti düzəltməyə çalışanlara qarşı çıxmağınız yersizdir. Beynəlxalq təhlükəsizlik yalnız ağıllı və uzaqgörən siyasətlə təmin oluna bilər”.
Jurnalist, bölgədə sabitliyin ancaq praqmatik və milli maraqlara əsaslanan siyasətlə mümkün olduğunu vurğulayıb.
Mədinə Cəlilova
08:52 06.07.2025
Oxunuş sayı: 931