Sabah hava necə olacaq?

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə +19 dərəcədən +22 dərəcəyədək, gündüz +24 dərəcədən +27 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +19 dərəcədən +22 dərəcəyədək, gündüz +25 dərəcədən +30 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +12 dərəcədən +17 dərəcəyədək olacaq.
12:49 05.07.2025
Oxunuş sayı: 857