İsraildən İranla bağlı xəbərdarlıq: Yeni hərbi plan hazırlanır

İsrail İranla davam edən gərginlik fonunda yeni açıqlama verib. İsrail müdafiə naziri Yisrael Katz, İranın İsrail üçün yenidən təhdid yaratmasının qarşısını almaq üçün ordunun hazır vəziyyətdə olması lazım olduğunu bildirib.
Crossmedia.az İsrail mətbuatına istinadən xəbər verir ki, nazir Katz, İsrail ordusunun hazırkı planının, İranın İsraili yenidən təhdid edə bilməməsi üçün əməliyyat planı hazırlamaqdan ibarət olduğunu deyib. Onun sözlərinə görə, “İsrail ordusu, hava qüvvələrinin Tehran üzərindəki hava üstünlüyünü davam etdirməsini təmin etməli və İranın yenidən hərbi qabiliyyətlər əldə etməsinin qarşısını almaq üçün həm kəşfiyyat, həm də əməliyyat sahəsində hazırlıqlı olmalıdır”.
Bu arada, İran Xarici İşlər nazirliyi ABŞ ilə nüvə məsələsində diplomatik həll yollarının axtarılması üçün “arxaqapı diplomatiyası” səylərinin olduğunu açıqlayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi, “ABŞ, İranla sülh üçün səmimi iradə nümayiş etdirməlidir” deyib. O, diplomatiyanın düşmənlərə qarşı aldatma vasitəsinə və ya psixoloji müharibə alətinə çevrilməməli olduğunu vurğulayıb.
Bəkayi, keçmiş prezident Donald Tramp dövründə keçirilən nüvə danışıqları zamanı İsrailin hücumları ilə diplomatik səylərin pozulduğunu da sözlərinə əlavə edib.
Mədinə Cəlilova
03:00 05.07.2025
Oxunuş sayı: 849