ANAMA ilə Belçika səfiri arasında minaaxtaran itlər üzrə təlim proqramları və təcrübə mübadiləsi müzakirə edilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Belçikanın Azərbycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə qonağa məlumat verilib.
Görüşdə, iki ölkə arasında mina təhlükəsi ilə mübarizə sahəsində gələcək əməkdaşlıq imkanları, minaaxtaran itlər üzrə təlim proqramlarının və təcrübə mübadiləsinin təşkili, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
12:51 04.07.2025
Oxunuş sayı: 711