Rusiya və Azərbaycan Baş Prokurorluqları gündəlikdə olan cari məsələlərlə bağlı mütəmadi əlaqə saxlayır

Rusiya və Azərbaycan Baş Prokurorluqları əlaqədədirlər və cari gündəliklə bağlı mütəmadi olaraq əlaqə saxlayırlar.
Crossmedia.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkə prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, prioritet hər iki ölkənin vətəndaşlarının hüquq və maraqlarının qorunması məsələləridir.
"Mümkün insinuasiyaların qarşısını almaq məqsədilə nəzarət qurumlarının rəhbərləri tabeliklərində olanlara qabaqlayıcı xarakterli hərtərəfli tədbirlər görməyi tapşırıblar", - mətbuat xidmətinin məlumatında deyilir.
17:30 03.07.2025
Oxunuş sayı: 616