Ermənistan ŞƏT-ə qoşulmaq istədiyini bəyan edib

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq niyyətindədir. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinə istinadən yerli mətbuat məlumat yayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Ermənistan rəsmiləri təşkilatın əsas prinsiplərini dəstəklədiklərini vurğulayıblar. Bu prinsiplərə ərazi bütövlüyünün qorunması, güc tətbiqindən imtina və sərhədlərin toxunulmazlığı daxildir. Ermənistan tərəfi qeyd edib ki, bu dəyərlər ölkənin xarici siyasət kursu ilə üst-üstə düşür.
Şanxay Əməkdaşlıq Təşkilatı təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi dialoqu təşviq edən nüfuzlu beynəlxalq qurumdur.
Mehriban Yariyeva
16:45 03.07.2025
Oxunuş sayı: 584