"Rusiya öz siyasətinə yenidən baxmalı, təxribatlara son qoymalıdır" - Deputat

Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya səmasında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı yayılan xəbərlərə sərt reaksiyası, informasiya təhlükəsizliyinin nə qədər həssas və strateji bir məsələ olduğunu bir daha gündəmə gətirir. Nazirliyin “Azərbaycan əleyhinə dezinformasiyanın aparılması yolverilməzdir” bəyanatı, Moskva tərəfindən yönəldilən manipulyativ informasiya hücumlarına açıq etirazı kimi dəyərləndirilə bilər. Hadisənin özü qədər, onun ətrafında süni şəkildə yaradılan informasiya isterikası da narahatlıq doğurur və bu cür dezinformasiya üsullarının məqsədyönlü şəkildə Rusiya tərəfindən həyata keçirildiyi aydın görünür. Bu cür addımlar artıq ikitərəfli münasibətləri qarşılıqlı inamsızlıq məcrasına sürükləyir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlama verib:
“Təəssüflə qeyd etmək lazımdır ki, biz artıq bu cür addımların davamlı xarakter aldığını görürük. Rusiya birmənalı şəkildə dezinformasiya siyasəti həyata keçirməklə məşğuldu. Biz bunu davamlı olaraq ölkəmizə qarşı keçirilən tədbirlərdə də görürük. Rusiyanın bu cür addımları və cəhdləri ilə ilk dəfə qarşılaşmırıq. Rusiya öz siyasətinə yenidən baxmalı, bizə qarşı olan təxribatlara son qoymalıdır. Rusiyanın bu siyasəti davamlı şəkildə həyata keçirməsi münasibətlərə xələl gətirir. Əgər Rusiya bunu istəmirsə bu cür sistemli tədbirlərə son qoymalı və dezinformasiya siyasətini dayandırmalıdır. Bir yandan strateji tərəfdaşlıq və əməkdaşlıqdan danışırlar digər tərəfdən isə bu əməkdaşlığı pozacaq hər cür addımı atırlar. Biz ümid edirik ki, Rusiya bu cür siyasətə və addımlara son qoyacaq”.
Ayhan
15:58 03.07.2025
Oxunuş sayı: 653