"Rusiya bu media qurumu vasitəsilə Azərbaycanda təxribat və casusluq şəbəkəsi formalaşdırmağa çalışırdı" - Deputat sərt danışdı

Son günlər Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən həbslər və təzyiqlər fonunda, Azərbaycanda da qarşılıqlı və adekvat addımlar atılmağa başlanılıb. Bu kontekstdə hüquq-mühafizə orqanları tərəfindən Rusiyanın Azərbaycanda yerləşdirdiyi müəyyən şəxs və qruplara qarşı həbs qətimkan tədbirlərinin keçirilir. Bu proses, həm də iki ölkə arasında münasibətlərin gərgin fazaya keçdiyini və Bakı-Moskva xəttində balanslı siyasətin artıq ciddi korrektələrə ehtiyac duyduğunu göstərən açıq siqnaldır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərli Crossmedia.az-a açıqlama verib:
“Rusiya-Azərbaycan gərginliyi hər hansı üçüncü tərəfin iştirakı olmadan mənfi istiqamətdə inkişaf edir. Bunun əsas səbəbkarı Rusiyadır. Proses birbaşa iki ölkə arasındadır və inklüziv xarakter daşıyır. Bakı ilə Moskva arasında gərginliyin təkcə diplomatik səviyyədə deyil, həm də dərin siyasi təzyiqlərlə müşayiət olunduğunu göstərir. Hadisələrin fonuna diqqətlə baxsaq, Rusiya ilə Azərbaycan arasında münasibətlərin kəskinləşməsi təkcə “Sputnik” hadisəsi və Yekaterinburq qəddarlığı ilə məhdudlaşmır. Bu gərginliyin kökləri ötən ilin dekabrında baş verən və Azərbaycan aviaşirkətinə məxsus təyyarənin Qroznıya uçarkən baş vermiş qəzasına gedib çıxır. Üstəlik, mayın 6-da Azərbaycanın hakim partiyasının deputatının Rusiyaya girişinə qadağa qoyulur.Bakı Qərb ölkələri ilə enerji əməkdaşlığını genişləndirir, Türkiyə ilə hərbi ittifaq qurur, həm də postsovet məkanında “suveren” Rusiyanın təsirini neytrallaşdırır. Qarabağ məsələsində Moskvanın 2020-ci il sonrası oynadığı ikibaşlı rol da artıq ifşa olunub”.
Deputat həmçinin bildirib:
“Sputnik Azərbaycan” əməkdaşlarının həbsi, təkcə mətbuat azadlığı mövzusu deyil. FSB-nin həmin redaksiyada yerləşməsi və iki əməkdaşın saxlanması göstərir ki, Rusiya bu media qurumları vasitəsilə Azərbaycanda daxili təxribat və casusluq şəbəkəsi formalaşdırmağa çalışırdı. Bu, artıq media deyil, birbaşa kəşfiyyatdır. Təbiiki, Bakı da buna cavab verdi – bu, suveren qərar idi. Rusiya keçmiş imperiyanın zehniyyətindən qurtula bilməyən, qonşularına casus şəbəkələri, güc dili və şantaj vasitəsilə nəzarət etməyə çalışan avtoritar dövlətdir.
İrandan Azərbaycana narkotik vasitə keçirməkdə təqsirləndirilən Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçilib. Onlar qanunsuz sahibklarlıqda, dələduzluqda gübnahlandırılırlar. Bu qərar müvəqqəti xarakter daşıyır, məhkəmə prosesinin gedişatında hər şey daha aydın məlum olacaq və həbsin müddəti sonuncu məhkəmədə məlum olacaqdır”.
Ayhan
15:18 03.07.2025
Oxunuş sayı: 841