ABŞ Ukraynaya silah tədarükünü dayandırıb

ABŞ Ukraynaya bir sıra silahların, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan onlarla raketin tədarükünü müvəqqəti dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ mediası adları açıqlanmayan mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, qərarın əsas səbəbi ABŞ-ın öz hərbi ehtiyatları ilə bağlı narahatlıqlardır.
Ukraynada pilotsuz uçuş aparatları istehsal edən şirkətin rəhbəri Valeriy Borovik bildirib ki, əgər bu tədarüklər davam etməsə, Kiyev ölkənin ən müdafiəsiz şəhərinə çevrilə bilər.
Ukrayna Müdafiə Nazirliyi məsələ ilə bağlı rəsmi bildiriş almadıqlarını açıqlayıb və Vaşinqtonla telefon danışığı üçün müraciət etdiklərini bəyan edib.
Mədinə Cəlilova
21:00 02.07.2025
Oxunuş sayı: 925