Trampdan timsahlarla əhatəli miqrant həbsxanası təklifi!

ABŞ Prezidenti Donald Tramp digər ştatları Floridada timsahlar, kərtənkələlər və digər təhlükəli heyvanlarla əhatə olunmuş miqrant həbsxanaları tikməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Tramp Floridada tikilən və “Timsah Alkatrazı” adlandırılan bu mərkəzin “xətərli bataqlıq ərazisində,” timsahlar və zəhərli ilanların arasında yerləşdiyini bildirib. O, həmçinin mərkəzin bir həftədən az müddətdə tikildiyini və bunun yeni həbsxanalardan daha ucuz olduğunu qeyd edib.
Lakin bu layihə ABŞ Demokrat Partiyası və insan haqları təşkilatları tərəfindən tənqid olunur. Onlar bildirirlər ki, mərkəzdəki sərt şərait miqrantların insan hüquqlarını pozur.
Nigar Rəhimova
19:34 02.07.2025
Oxunuş sayı: 809