GADTB-dən Rusiyadakı azərbaycanlıra qarşı zorakılıqlara etiraz: “Nə unudacağıq, nə də bağışlayacağıq”

Rusiya Federasiyasının azərbaycanlılara qarşı törətdiyi son cinayətlərlə bağlı Cənubi Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bəyanat yayıb.
Crossmedia.az xəbər verir ki, bəyanatda vurğulanıb ki, GADTB Rusiya Federasiyasında son günlərdə iki Azərbaycan türkünün qətlə yetirilməsi və yüzlərlə soydaşımızın kütləvi şəkildə həbs olunmasını qətiyyətlə pisləyir:
“Bu hadisələr ayrı-ayrı hallar deyil, dövlət səviyyəsində həyata keçirilən zorakılıq, təzyiq və etnik ayrı-seçkiliyin açıq nümunəsidir. Bu cür cinayətlər beynəlxalq hüququn, insan haqlarının və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Azərbaycan Türk milləti nə susdurula bilər, nə də tarixdən silinə bilər — biz bu torpaqlarda əsrlərdir var olmuşuq və bundan sonra da zülmə qarşı dayanmağa davam edəcəyik. Biz Azərbaycan Respublikasını, Türk Dövlətləri Təşkilatını və beynəlxalq insan haqları qurumlarını bu təhlükəli vəziyyətə dərhal reaksiya verməyə çağırırıq. Cənubi Azərbaycan Demokratik Türk Birliyi olaraq, Azərbaycan türklərinin hüquqlarını siyasi, hüquqi və diplomatik vasitələrlə qorumaqda qərarlıyıq. Ədalət qalib gələcək. Biz nə unudacağıq, nə də bağışlayacağıq”, - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, GADTB-nin beynəlxalq əlaqələr üzrə baş məsul şəxsi Mikayıl Oytadır.
Nəzrin Salmanova
16:07 02.07.2025
Oxunuş sayı: 780