İsrailin maliyyə naziri danışıqlara qarşı çıxdı: “Qəzzaya hücumlar davam etməlidir”

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç baş nazir Benyamin Netanyahunu Qəzza zolağında hərbi əməliyyatları davam etdirməyə və HƏMAS-la dolayı danışıqları dərhal dayandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Smotriç rəhbəri olduğu partiyanın həftəlik qrup toplantısında çıxışı zamanı bəyan edib.
Nazir bildirib ki, Qəzzaya hücumlar qalibiyyət əldə olunana qədər davam etməlidir. Onun sözlərinə görə, əsir mübadiləsi və atəşkəs üçün vasitəçilər üzərindən HƏMAS-la aparılan danışıqlar İsrailin strateji məqsədlərinə ziddir və dərhal dayandırılmalıdır.
Smotriç həmçinin İrana qarşı iyunun 13-dən başlayaraq davam edən hava hücumlarına da toxunub. O, bu əməliyyatlarla Tehranın nüvə proqramının sıradan çıxarıldığını iddia edib.
Aybəniz Səfərova
21:30 30.06.2025
Oxunuş sayı: 1128