KİV: İranda onlarla hərbi komandir yoxa çıxıb

“The Washington Post” nəşri İran daxilindəki mənbələrə istinadən iyunun 13-də İsrailin hava hücumlarından sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran ordusunun onlarla komandirinin yoxa çıxdığını yazıb.
Crossmedia.az xəbər verir ki, nəşrin yazdığına görə, hazırda onların həbs edildiyi, ölkədən qaçdığı və ya hədəf alındığı ilə bağlı rəsmi təsdiq yoxdur. Yoxa çıxan komandirlərin taleyi ilə bağlı məlumatlar İran cəmiyyətində və hərbi dairələrdə ciddi narahatlıq yaradıb.
Xatırladaq ki, daha əvvəl bəzi mənbələr İsrailin İrana aviazərbələr endirdiyi vaxt yüksək rütbəli şəxslərlə əlaqə qurduğunu və onlara ölkədən çıxmaq üçün vaxt verildiyini iddia etmişdi.
19:15 30.06.2025
Oxunuş sayı: 830