Azərbaycan Prezidentdən mühüm jest: "Sabahda etibarən yeni addımların şahidi olacağıq"

Prezident İlham Əliyevin 12 iyun 2025‑ci il tarixli fərmanı ilə iyulun 1‑dən Azərbaycanda Prezident təqaüdlərinin və sosial müavinətlərin məbləğləri ciddi şəkildə artırılıb.
Bu, artıq ənənə halını alıb. Belə ki, dövlət öz vətəndaşkarının rifahını yaxşılaşdırmaq məqsədilə müntəzəm olaraq sosial müavinətləri artırır. Bu, dövlətin öz vətəndaşlarına qayğısının ən bariz nümunələrindəndir.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin Ceyhun Məmmədovun fikrincə, bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti vətəndaşların rifahının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir: "Bu gün insanların sosial rifahının yüksəldilməsi üçün zəruri olan bütün addımlar atılır. Bu proses gələcəkdə də davam etdiriləcək. Baş verənlər dövlətin həmin kateqoriyadan olan insanlara göstərdiyi diqqətin və qayğının aydın göstəricisidir. Yəni sabahdan etibarən bir neçə istiqamətdə yeni addımların atılmasının şahidi olacağıq. Bu da onu göstərir ki, Azərbaycan dövləti, müavinətlərin artırılmasına və ümumilikdə əhalinin rifah halının daha da yaxşılaşdırılmasına olduqca xüsusi önəm verir, bu məsələlərə həssaslıqla və diqqətlə yanaşır”.
Parlamentari qeyd edib ki, bütün bunlar dövlətimizin həyata keçirdiyi siyasətin, qəbul etdiyi sənədlərin və reallaşdırdığı tədbirlərin məntiqi nəticəsidir:
“Bu, ölkəmizdə sistemli bir siyasətin mövcud olduğunu göstərir. Ardıcıl bir siyasət həyata keçirilir. Dövlətimiz bütün gücü ilə insanlarımızın rifahının daha da yaxşılaşdırılması üçün gərəkli olan bütün addımları sistemli və davamlı şəkildə reallaşdırır. İnsanların həyat şəraitinin yüksəldilməsi isə dövlətin gündəmində olan, daim diqqət mərkəzində saxlanılan və xüsusi önəm verilən məsələlərdəndir”.
Deputat sonda vurğulayıb ki, bu yanaşma Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin nə qədər insanpərvər və humanist olduğunu göstərir: “Bu mənada söhbət olduqca vacib bir qərardan və ciddi sosial əhəmiyyət daşıyan addımdan gedir”.
Fidan Qarayeva
17:52 30.06.2025
Oxunuş sayı: 1332