Qanla yazılmış tarix: Rusiyanın Azərbaycan xalqına qarşı cinayət dosyesi

Azərbaycan xalqı tarixi boyunca çox sınaqlardan keçmiş, çox imperiyalarən amansız siyasətlərinə qurban olmuşdur. Lakin heç bir imperiya Azərbaycan xalqına Rusiya qədər qəsdən, planlı, sistemli və amansız şəkildə zərbə vurmamışdır. Rusiya yarandığı dövrdən bütün dünyaya, xüsusən də cənub qonşusu Azərbaycana, həm sosial, həm iqtisadi ciddi ziyan vurmuş, amansız qətllərə və qarətlərə əl atmışdır. Bugünki yeni qurulan hakimiyyət Azərbaycan xalqının bu amansız qətlləri unutduğunu düşünür. Lakin xalq öz qan yaddaşını heçvaxt unutmayacaq və bağışlamayacaq.
Rusiya – Azərbaycan xalqına qarşı əsrlər boyu davam edən düşmənçiliyin müəllifi
Rusiya 1805 dən başlayaraq bütün Azərbaycan xanlıqlarını zorla özünə tabe etməyə çalışırdı. Rusiyaya tabe olan xanlıqlardan biri də İbrahimxəlil xanın xanlığı olan Qarabağ xanlığı idi. 1805 ci il 14 mayda Rusiya və Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi imzalandı. Bu müqavilə Qarabağ xanlığı üçün olduqca ağır müddəaları özündə birləşdirirdi. Lakin mövcud güc balansını nəzərə alan İbrahimxəlil xan xalqı qırğına vermək istəmədi. Yeganə “sülh” yolunun bu olduğunu düşündü. Lakin Rusiya öz mənfur siyasətinə uyğun olaraq, heç bir əsas olmadan, müqavilədən 1 il keçmiş, 1806-cı ilin 12 iyunu İbrahimxəlil xan 17 nəfər ailə üzvü ilə birlikdə rus mayoru Lisaneviç tərəfindən güllələndi.
1828 – Türkmənçayla başlayan bölünmə
Ələ keçirdiyi xanlıqlara təkbaşına hökmranıq etmək istəyən Rusiya Qacar imperiyası ilə də müharibə apardı. Yekun nəticə onlar üçün uyğunlaşma və razılıqla bitsə də Azərbaycanın taleyi dəyişmədi. Tarix boyu geosiyasi maraqların qurbanı olan Azərbaycan yenə parçalanmağa məhkum olundu. Azərbaycanın tarixi torpaqları Rusiya və İran arasında bölüşdürüldü. Rusiya bu müqavilə ilə Cənubi Qafqazda etnik və mədəni dağıdım siyasətinin təməlini qoydu. Çimal və Cənubu bir birindən ayrı salaraq. əsrlərlə formalaşmış folklorumuzu, adət ənənələrimizi, musiqimizi, ədəbiyyatımızı da bölüb parçaladı. Bu müqavilə – təkcə hüquqi bir sənəd deyil, bir xalqın yarıya bölünüb assimilyasiyaya məruz qalmasının qanlı başlanğıcı idi. 1905–1907: Çar Rusiyasının təşkil etdiyi etnik təmizləmənin ilk açıq mərhələsi
XIX əsrin sonu və XX əsrin əvvəllərində Rusiya imperiyası daxilində sosial, milli və siyasi gərginliklər artmışdı.
1905-ci ildə Rusiyada ilk inqilab baş verdi. Bu vəziyyətdən istifadə edən Rusiya imperiya rəhbərliyi, diqqəti mərkəzdən yayındırmaq üçün Qafqazda etnik qarşıdurmalar yaratmağa qərar verdi. Müsəlmanlarla ermənilər arasında qarşıdurmalar məhz bu dövrdə sistemli şəkildə qızışdırıldı. Rusiya rəhbərliyi tərəfindən erməni silahlı qruplarına silah paylanması, təlim verilməsi və onların müsəlman kəndlərinə yönləndirilməsi sənədlərlə sübut olunmuşdur. General Q. Q. Orbelianın rəhbərliyi altında erməni könüllü dəstələri Qafqazın müxtəlif şəhərlərində, o cümlədən Bakı, Şuşa, Naxçıvan, İrəvan və Zəngəzurda azərbaycanlıların yaşadığı kəndlərə hücumlar etmiş, kəndlər yandırılmış, əhali kütləvi şəkildə qətlə yetirilmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə azərbaycanlılar heç silah tutmağı bacarmırdı. Çünki Rusiya apardığı amansız siyasətin cavabının ağır olacağından qorxaraq azərbaycanlıları hərbiyə qbul etmir, əsgər aparmırdı.
Bakı qırğınları (1905)
• Ermənilərlə azərbaycanlılar arasında toqquşmalar planlı şəkildə alovlandırıldı. Rusiya imperiyası ordu yeritmək əvəzinə, qarşıdurmanı qızışdıraraq daha da böyütdü.
• Rəsmi sənədlərə əsasən, təkcə Bakıda 3000-dən çox azərbaycanlı həlak olmuşdur.
• Azərbaycanlılara məxsus evlər, dükanlar, məscidlər yandırılmış və talan olunmuşdur.
• Ermənilər rus kazaklarının müşayiəti ilə silahlandırılıb azərbaycanlı məhəllələrinə hücum ediblər.
Şuşa və Qarabağ bölgəsi
• Şuşada erməni silahlıları Rusiya administrasiyasının izni ilə azərbaycanlılara qarşı silahlı basqınlar həyata keçirdi.
• Qarabağın dağlıq bölgəsindəki 60-dan çox azərbaycanlı kəndi yandırıldı və əhalisi qətlə yetirildi və ya köçkün düşdü.
• “Qafqaz Əməliyyat Departamenti”nin 1906-cı ilə aid hesabatında qeyd olunur ki, Zəngəzurda yüzlərlə müsəlman kəndi tərk edilmiş vəziyyətdədir və yanmış vəziyyətdə tapılmışdır.
İrəvan bölgəsi
• Ermənilərin çoxaldığı bu bölgədə çar hökumətinin mühafizə adı altında təşkil etdiyi hücumlar nəticəsində azərbaycanlı əhali ya qırılmış, ya da torpaqlarından qovulmuşdur.
• 1905–1906-cı illərdə İrəvan bölgəsində 70-dən artıq kənd müsəlman əhalidən təmizlənmişdir.
Naxçıvan və Ordubad
• Bu bölgələrdə də erməni dəstələri çar ordusunun izni ilə hücumlar təşkil edib. Mənbələrə görə, Naxçıvanda 40-dan çox kəndə hücum olunmuş, onlarla qadın və uşaq qətlə yetirilmişdir.
Rusiyanın bunu etməkdə məqsədi
1. Qafqazda müsəlman varlığını zəiflətmək, gələcəkdə rus-erməni koloniyalarını asanlıqla yerləşdirmək.
2. Türklərlə əlaqələri kəsmək – Çar Rusiyası Osmanlıya simpatiya bəsləyən müsəlman əhali ilə problemlər yaşamaq istəmirdi.
3. Ermənilərdən “xristian tampon” kimi istifadə etmək – Onlar Rusiyanın müttəfiqi kimi çıxış edirdi və buna görə də silahlandırılırdılar.
4. Qarşıdurma mühiti yaratmaqla, Qafqazda müstəqil milli hərəkatların qarşısını almaq.
Azərbaycan tarix boyu müxtəlif imperiyaların maraq dairəsində olub. Lakin bu maraqlar içərisində ən amansız, sistemli və dağıdıcı olanı Rusiya imperiyasının, Sovet rejiminin və müasir Rusiyanın həyata keçirdiyi işğalçı və mədəni soyqırım siyasətidir. Bu məqalədə 1918-ci ilin Mart soyqırımı və 1920–1980-ci illər arasında Sovet totalitarizminin həyata keçirdiyi kimliksizləşdirmə siyasəti faktlara əsaslanaraq təqdim olunur.
1918– Mart soyqırımı: Bolşevik-daşnak terrorunun zirvəsi:
1917-ci ildə Çar Rusiyasının süqutundan sonra yaranan siyasi xaos və ikihakimiyyətlik şəraitində Bolşevik Partiyası və Erməni Daşnak partiyası Bakı şəhərində birgə mövqe tutaraq, azərbaycanlılara qarşı koordinasiyalı terror aksiyalarına başladılar. Bu terror aktlarının qurbanları isə on minlərlə Azərbaycan vətəndaşı oldu. 1918-ci ilin mart ayının 30-dan aprelin 3-nə qədər Bakı şəhərində və ətraf rayonlarda bolşevik-daşnak hərbi dəstələri minlərlə dinc azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər. Tarixi mənbələrə görə, qətlə yetirilənlərin sayı 30 min nəfəri keçmişdir. Bakı, Quba, Şamaxı, Qusar, Salyan, Lənkəran və digər bölgələrdə isə azərbaycanlı kəndləri yandırıldı, qadınlara təcavüz edildi, uşaqlar diri-diri yandırıldı.
Faktlar və Sənədlər:
• Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) yaradılan Fövqəladə İstintaq Komissiyası tərəfindən toplanmış sənədlərə əsasən, təkcə Şamaxıda 803 nəfər kişi, 73 qadın, 22 uşaq vəhşicəsinə qətlə yetirilmiş, 13 məscid və minlərlə ev yandırılmışdır.
• Quba qəzasında tapılmış kütləvi məzarlıq (2007-ci ildə arxeoloji qazıntılar zamanı aşkarlanıb) bu soyqırımın maddi sübutudur – çoxsaylı qadın və uşaq skeletləri, işgəncə izləri aşkar olunmuşdur.
Rusiyanın tarix boyu sürən anti-azərbaycan siyasəti sadəcə fiikən vətəndaşlarımızın öldürülməsi ilə kifayətlənməyib. Bu amansız siyasət sonrakı dövrlərdə mərhələli şəkildə düşünən beyinlərin məhvinə yönəldi.
Dil siyasəti və ruslaşdırma:
• 1937-ci ildən etibarən Azərbaycan dili ikinci dərəcəli hala gətirildi, rəsmi idarələrdə rus dili məcbur edildi.
• Azərbaycan məktəblərində rus dili əsas tədris vasitəsinə çevrildi, ana dili isə kənara atıldı.
• Sovet pasportlarında “milliyyət” bəndi saxlanılsa da, azərbaycanlıların bir çoxu rəsmi strukturlarda öz kimliyini gizlətməyə məcbur edildi.
Dini təqiblər:
• 1920–1940-cı illərdə Azərbaycanda fəaliyyət göstərən minlərlə məscid ya dağıdıldı, ya da anbara, at tövləsinə çevrildi.
• Din xadimləri kütləvi şəkildə repressiyaya məruz qaldılar. 1930-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə son verildi.
• Sovet ideologiyası İslamı "gerilik simvolu" kimi təqdim edərək, dini dəyərləri xalqdan uzaqlaşdırmağa çalışdı.
Ziyalıların və düşünən beyinlərin məhv edilməsi:
• 1937–1938-ci illərdə təkcə Azərbaycanda 70 mindən çox insan "xalq düşməni" damğası ilə həbs edildi.
• Onların böyük hissəsi Azərbaycan ədəbiyyatının, tarixinin, fəlsəfəsinin, siyasətinin sütunları idi: Hüseyn Cavid, Mikayıl Müşfiq, repressiyaya məruz qalan onlarla alim, müəllim və ruhani.
Tarixin saxtalaşdırılması:
• Azərbaycan tarixindən türk mənşəli hökmdarlar və imperiyalar çıxarılır, onların yerinə "slavyan qardaşlığı" mifləri yerləşdirilirdi.
• Bakı xanlığının, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin adı belə çəkilmirdi.
• Qarabağın və digər ərazilərin erməniləşdirilməsi prosesi ideoloji səviyyədə təşviq olunurdu.
Sovet dövründə həyata keçirilən mədəni və ideoloji terrorun məqsədi, Bir milləti öldürmədən yox etmək – onun yaddaşını, dilini, dinini və ruhunu əlindən almaqdır.
Bu illər ərzində Azərbaycan xalqı qorxu, senzura və saxta maarifçilik pərdəsi altında öz kimliyini qorumağa çalışdı. Lakin Sovet rejiminin mərkəzində duran Rusiya, Azərbaycanı sadəcə bir “respublika” yox, tabeliyində olan susmuş və itaətkar koloniya kimi görürdü.
1990 – 20 Yanvar qətliamı:
Azadlıq istəyən xalqın cəzalandırılması:
SSRİ-nin dağılması ərəfəsində Azərbaycanın müstəqillik uğrunda milli hərəkatı öz zirvəsinə çatmışdı. Bu hərəkat Rusiya tərəfindən “xəyanət” kimi” qiymətləndirildi. Halbuki xalqın tələbi çox sadə idi. 30 illik əsarət, senzuradan sonra öz hüquqi dövlətlərini yaratmaq və azad yaşamaq. Rusiyanın bu tələbə cavabı özünəməxsus amansızlıqla yadda qaldı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu (əsasən Rusiya hərbçilərindən ibarət) Bakıya daxil olaraq misli görünməmiş vəhşiliklər törətdi:
• 147 nəfər vətəndaş qətlə yetirildi, yüzlərlə insan yaralandı, minlərlə vətəndaş həbs olundu.
• Əsgərlər təkcə nümayişçiləri deyil, dinc əhalini, qadınları, uşaqları, hətta təcili yardım maşınlarını belə hədəf aldı.
• Tanklar xüsusi olaraq izdihamın üstünə sürüldü, evlərə və binalara atəş açıldı.
Bu, sadəcə bir hərbi müdaxilə deyildi. Bu, Rusiya imperializminin müstəqil olmaq istəyən azərbaycanlılara “azadlıq istəyənlər qanla boğulacaq” mesajı idi. Qətliamın ölməkdə olan imperiyanın son çırpınışı yox, gələcəkdə də davam edəcək rus terrorunun açıq elanı olduğu bu gün çox aydındır.
1992– Xocalı Soyqırımı: Müasir dövrün ən dəhşətli insanlıq cinayəti:
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri erməni silahlıları tərəfindən Rusiya 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə yerlə-yeksan edildi. Bu vəhşilikdə, 613 nəfər qətlə yetirildi, bunların arasında 106 qadın, 63 uşaq, 70-dən artıq qoca var idi. Bundan əlavə, 8 ailə tamamilə məhv edildi, 76 uşaq valideynlərini, 25 uşaq hər iki valideynini itirdi. 487 nəfər ağır yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü. Bu qətliamda Rusiya ordusunun birbaşa rolunun olduğu şübhəsizdir. Belə ki, Xocalının alınmasında Erməni silahlıları tək deyildi – Rusiya Federasiyası ordusunun 366-cı alayı döyüşə birbaşa qoşulmuşdu. Həmin vaxt alayn komandiri yarbay Yuri Zarvigorovun göstərişi ilə zirehli texnika və artilleriya atəşi Xocalının yaşayış məntəqələrini dağıtdı. Rus silahlı qüvvələrinin iştirakı olmadan bu cür planlaşdırılmış soyqırım mümkün deyildi.
Bu qətliam, təkcə Xocalı şəhərinə və ya Azərbaycanın müstəqilliyinə qarşı yox, bütövlükdə türk-müsəlman kimliyinə qarşı həyata keçirilmiş irqçi və rus-erməni tandeminin cinayəti idi.
“Yeni Rusiya” – köhnə vəhşiliklərin müasir formatı: 2024 – AZAL sərnişin təyyarəsinin vurulması
Hava məkanında sivil qatliam
2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus mülki sərnişin təyyarəsi Rusiya Federasiyasının hava hücumundan müdafiə sistemi tərəfindən qəsdən və heç bir xəbərdarlıq edilmədən vuruldu. Hadisə beynəlxalq hava məkanına yaxın bir nöqtədə baş verdi.
Faciənin nəticəsində 38 nəfər günahsız sərnişin həlak oldu – qadınlar, uşaqlar, yaşlı insanlar daxil olmaqla. Təyyarənin qara qutususunun araşdırılmasında Qazaxıstana təzyiq göstərdi. Nəticədə Rusiya nə məsuliyyəti boynuna aldı, nə də üzr istədi.
Bu, beynəlxalq hüquq baxımından sivil hava nəqliyyatına qarşı açıq terror aktı, insanlığa qarşı yönəlmiş hava terrorizmi idi. Lakin Rusiya hökuməti bu faciəni “naviqasiya səhvi”, yaxud “texniki nasazlıq” adı altında ört-basdır etməyə çalışdı.
Bu, dövlət səviyyəsində həyata keçirilmiş bir terror aktıdır. Və bu aktda heç bir cəza, üzr və ya təəssüf ifadəsi olmadı. Çünki Rusiya bunu sistemli bir siyasətin – sivil cəmiyyətə qarşı total müharibənin – bir parçası kimi görür.
2025– Yekaterinburq etnik qətliamı: Faşizmin ifrat forması:
Tarix boyu sürdürülən bu amansız siyasətin forması və həyata keçirilmə üsulları dəyişsə də mahiyyət etibarilə hədəflə silahı tuşlayan amansız qatil hələ də eynidir. Rusiyanın Yekaterinburq şəhərində FSB və OMON xüsusi təyinatlıları tərəfindən təşkil olunmuş “təhlükəsizlik reydi” zamanı azərbaycanlı ailələrin yaşadığı məhəllələrə basqınlar təşkil olundu. Təəccüblü deyil ki, basqın zamanı 5 nəfər azərbaycanlı kişi yerindəcə güllələndi. Onlarla qadın və uşaq zorla evlərindən çıxarıldı, döyüldü və təhqir edildi. 36 nəfər həbs olundu, bəziləri “qeyri-qanuni miqrasiya” adı altında itkin düşdü.
Bu amansız qətllər əsrlərdir davam edir. Lakin Rusiyanın unutduğu bir nüans var – Azərbaycan tarixdə heçvaxt bu qədər güclü olmayıb. Bu gün Azərbaycan dünya arenasında öz hüquqlarını tam şəkildə müdafiə edə bilən və ədaləti bərqərar edəcək gücdə bir dövlətdir. Rusiyanın artıq suveren Azərbaycan torpaqlarında, həmçinin dünyanın istənilən ölkəsindəki soydaşlarımız üzərində heçbir hökmü yoxdur. Həmçinin Rusiya nəzərə almalıdır ki, bu gün onların qarşısında İbrahimxəlil xan yox öz dövlətinin suverenliyini bərpa etmiş, dünyaya sülh diplomatiyası dərsi keçən İlham Əliyev var.
Ayhan
13:00 29.06.2025
Oxunuş sayı: 1626