Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə başlayır
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında bu gün mübarizəyə start verəcək.
Crossmedia.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda İsveçdə Yunanıstan yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Lund şəhərində, saat 18:00-da start götürəcək.
Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.
11:55 06.06.2026
Oxunuş sayı: 48