Rəhman Mustafayev: Avropada neft və qaza tələbat uzun müddət qalacaq
Azərbaycan Avropaya enerji təchizatını genişləndirməyə davam edəcək.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib.
Diplomat qeyd edib ki, qlobal enerji keçidi mərhələli xarakter daşıyır və Avropada neft və təbii qaza tələbat hələ uzun illər yüksək səviyyədə qalacaq.
Onun sözlərinə görə, 2040-cı ilə qədər Avropa İttifaqı ölkələrinin enerji balansında neft və qazın payı əhəmiyyətli olaraq qalacaq. Belə ki, neftin payının 2024-cü ildəki 37 faizdən 35 faizə enəcəyi, qazın payının isə 20 faizdən 25-26 faizə yüksələcəyi proqnozlaşdırılır.
Rəhman Mustafayev vurğulayıb ki, Azərbaycan hazırda 16 Avropa ölkəsi, o cümlədən 10 Avropa İttifaqı üzvü ilə imzalanmış uzunmüddətli enerji təchizatı müqavilələri üzrə öhdəliklərini yerinə yetirir.
Səfir əlavə edib ki, ölkə bundan sonra da enerji ixracını artırmaq, eləcə də yeni enerji marşrutlarının inkişafını təmin etmək istiqamətində fəaliyyətini davam etdirəcək.
14:13 06.06.2026
Oxunuş sayı: 66