Putinin oliqarx dostlarının sanksiyalara qarşı planı ÜZƏ ÇIXDI
Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olan şəxslər sanksiyalara baxmayaraq, müharibədən əvvəlki həyat tərzlərinin bir çox üstünlüklərindən yararlanmağa davam edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) araşdırma dərc edib.
Nəşrin jurnalistləri müəyyən ediblər ki, Rusiya prezidentinin yaxın ətrafı hələ də Qərb istehsalı olan şəxsi təyyarələrdən istifadə edərək xarici səfərlər həyata keçirir.
Məlumata görə, müharibənin başlanmasından sonra Rusiya elitası yeni şəraitə uyğunlaşmağa məcbur olsa da, Qərbin tətbiq etdiyi sanksiyalar onların sərbəst səyahət imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilməyib. Onlar sadəcə London, Fransa Rivierası və İsveçrə Alpları kimi ənənəvi istiqamətləri Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Azərbaycan kimi yeni marşrutlarla əvəz ediblər.
WSJ-nin aviasiya araşdırma şirkətinin sənədləri, idxal məlumatları və uçuşların izlənməsi qeydləri əsasında apardığı təhlilə əsasən, Putinə yaxın olan bir sıra varlı rusiyalılar Qərb istehsalı olan premium biznes-jetlərdən istifadə etməyə davam edirlər. Sənədlərdə qeyd olunur ki, şirkətlər şəbəkəsi bu təyyarələri Qərb istehsalçılarından və ya ikinci əl bazardan alır, daha sonra isə onları müxtəlif ölkələrdə yenidən qeydiyyatdan keçirir.
13:42 06.06.2026
Oxunuş sayı: 64