Azərbaycan millisi yoldaşlıq matçında Maltaya məğlub olub
Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu yoldaşlıq matçında qüvvəsini sınayıb.
Crossmedia.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə üz-üzə gəlib.
Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda, baş tutan matç rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.
23:58 05.06.2026
Oxunuş sayı: 44