Yekaterinburqda Məzahir Səfərovun məhkəməsi keçirilib

Rusiyanın Yekaterinburq şəhərində keçirilən məhkəmə prosesində Məzahir Səfərovun həbsi ilə bağlı qərar verilməsi müzakirə olunub. İttiham tərəfi onun həbs olunmasını, vəkili isə azadlığa buraxılmasını tələb edib.
Müstəntiqlər yalnız bir nəfərin – Məzahir Səfərovun həbsini, digərlərinə isə müxtəlif məhdudlaşdırıcı tədbirlərin tətbiq olunmasını istəyiblər.
Məzahir Səfərov məhkəmədə çıxış edərək zorakılıqla saxlanıldığını və bu zaman qabırğasının sındığını bəyan edib.
Bu gün daha 4 nəfərin məhkəməsinin keçirilməsi gözlənilir. Eyni zamanda, iki nəfər ağır vəziyyətdə xəstəxanada olduğu üçün məhkəmə prosesində iştirak edə bilmir.
Hadisə ilə bağlı ictimai və hüquqi reaksiyaların davam edəcəyi ehtimal olunur.
11:25 29.06.2025
Oxunuş sayı: 888