İran Prezidenti Ermənistana səfər edə bilər

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana rəsmi səfəri bu yay baş tuta bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı İranın Ermənistandakı səfiri Mehdi Sobhani yerli mediaya açıqlamasında verib.
Onun sözlərinə görə, Tehran və İrəvan prezident səfərinə hazırlıqları davam etdirir və səfərin 2025-ci ilin yay aylarının sonunadək baş tutacağı gözlənilir.
Səfir bildirib ki, səfər çərçivəsində Ermənistan Xarici İşlər Nazirliyinin rəsmiləri ilə bir sıra görüşlər keçirilib, iki ölkə arasında imzalanacaq sənədlər üzərində razılaşmalar əldə olunub.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İran və İsrail arasında mövcud münaqişənin ölkəsinin ticarət əlaqələrinə mənfi təsir göstərdiyini bəyan edib. O bildirib ki, İranın Bəndər-Abbas limanında Ermənistan yükləri ilişib qalıb və bu, ciddi logistika problemlərinə səbəb olub.
21:37 27.06.2025
Oxunuş sayı: 715