Paşinyan kilsə daxilində xaos yaratmaq olan “B” planına keçib

Paşinyan kilsə daxilində xaos yaratmaq olan “B” planına keçib.
Crossmedia.az xəbər verir ki , bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşr qeyd edib ki, məqsəd din xadimlərini bir-birinə qarşı qoymaqdır.
“Məqsəd din xadimlərini bir-birinə qarşı qoymaqdır və bu məqsədlə müxtəlif vaxtlarda din xadimlərinin bir-birinə qarşı inciklikləri barədə şayiələr yayılacaq, ruhanilər arasında dava salmaq üçün xüsusi adamlar gətirilib. Deyilənə görə, Paşinyan deyib ki, bu, proqramın kulminasiya nöqtəsi olacaq, ruhanilər bir-birlərini daxildən “yeməyə” başlayacaqlar”, - deyə nəşr bildirib.
17:15 27.06.2025
Oxunuş sayı: 602