İlon Maskın iranlı dostu “Tesla”dan qovulub

İlon Mask bu il əsas bazarlarda avtomobil satışlarının azalmasından sonra “Tesla”nın istehsal və əməliyyatlar üzrə müavini Ümid Əfşarı işdən çıxarıb.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Əfşar 2022-ci ildə “Tesla”da daxili araşdırma məsələləri və şirkətin nadir istehsal materialları, o cümlədən Mask üçün gizli bir layihə üçün xüsusi şüşə növü sifarişləri üzərində çalışıb.
CNBC-nin məlumatına görə, Tesla ötən il ərzində öz brendinə və reputasiyasına böyük ziyan vurub, buna əsasən İlon Maskın siyasi ritorikası və fəaliyyətləri səbəb olub.
14:45 27.06.2025
Oxunuş sayı: 641