Abbas Əraqçi: “Trampın danışıqlara başlamaqla bağlı dediklərini çox da ciddi qəbul etməyin”

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidenti Donald Trampın gələn həftə Tehran-Vaşinqton danışıqları ilə bağlı açıqlamasını şərh edib:
"Onun sözlərini çox ciddi qəbul etməyin. Danışıqlara başlamaq üçün heç bir razılıq əldə olunmayıb. Biz İranın maraqlarına əsaslanaraq hansı yolu tutacağımızı öz aramızda düşünürük".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Tehran danışıqlara qayıdıb-qayıtmayacağını nəzərdən keçirir.
11:58 27.06.2025
Oxunuş sayı: 812